6 İyun 2014 16:32
1 462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Twitter Namo Mеdia-nı satın alıb.

ANS PRESS-in məlumatına görə, razılaşmanın təfərrüatı barədə mətbuata məlumat verilməsə də Namo Mеdia-nın təxminən 100 milyona satıldığı ehtimal olunur.

Twitter şirkətinin vitse-prezidenti Kevin Veyl (Kevin Weil) bildirib ki, bu yeni sövdələşmə mobil əlavələrin reklam bannerlərinin yaxşılaşdırılmasına imkan verəcək.

Media Namo komandası öz bloqunda "Twitter heyətində ən yaxşı reklam platformasının yaradılması üçün mobil əlavələr hazırlayacağıq"-deyə yazıb.

Qeyd edək ki, Namo Mеdia reklam bannerlərin yaradılması üzrə ixtisaslaşıb. Media namo "Google" şirkətinin keçmiş üç əməkdaşı tərəfindən yaradılıb. Bunlardan biri də azərbaycanlı mütəxəssis Tural Bədirxanlı olub. Hazırda Namo Media-ın heyətində səkkiz nəfər işləyir.

Mütəxəssislərin fikrincə Twitter reklam sahəsində fəaliyyətini genişləndirməyi hədəfləyir. Məhz buna görə şirkət bundan öncə mobil reklam xidmətləri üçün 350 milyon dollara Mopub platformasını alıb.


Müəllif: