27 Dekabr 2015 15:42
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransız parfümeriya evi Guerlain Paris küçə rəssamı JonOne ilə birlikdə Shalimar, La Petite Robe Noire və Rose Barbare ətirlərinin xüsusi buraxılışını təqdim edir.

1853-cü ildən dəyişməz qalan klassik Guerlain büllur flakonları JonOne xüsusi tərzə parlaq boyalarla Cekson Pollokun tərzində xaotik səpintilərlə və Mark Rotkonun estetikasında çiçək keçidləri ilə bəzənib. Hər bir flakona "perfume extract" konsentrasiyasında bir litr həcmində ətir daxildir.

Ədviyyəli Shalimar mavi rəngə, La Petite Robe Noir çəhrayı, isti Rose Barbare isə narıncı rəngdə tərtib olunub. Hər bir ətirin tirajı 34 ədəddən çox deyil. Hər birinin qiyməti isə 9000 avro təşkil edir.


Müəllif:

Oxşar xəbərlər