1 Yanvar 2016 21:12
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mumbaidən İngiltərənin paytaxtı Londona getmək üçün havaya qalxan Hindistan hava yollarına məxsus təyyarə İran hava sahəsi üzərində ikən sərnişinlərdən biri kabinədə siçan olduğunu görüb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki,bundan sonra təyyarə Hindistana qayıtmalı olub, sərnişinlər isə başqa təyyarə ilə Londona göndərilib.

Siçanın qida vəsaitləri və ya baqajlar arasında gizlənərək təyyarəyə girdiyi güman edilir.


Müəllif: