2 Yanvar 2016 18:26
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada ilk sualtı şəhərin layihəsinin icrasına başlanılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, belçikalı arxitektor Vinsent Kallebotun müəllifi olduğu layihə əsasında inşa edilən “Aequorea” Rio-de-Janeyroda, okean sahillərində suyun altında salınır.

“Aequorea”nın bir kompleksi 20 min sakin üçün nəzərdə tutulub. Onun hər yaşayış məntəqəsinin diametri 500 metr olacaq. Mühəndislər sualtı şəhərdə yaşayış üçün yüksək şəraitin yaradılacağını bildirirlər.


Qeyd edək ki, belçikalı arxitektor Vinsent Kallebot gələcək inşa ediləcək şəhərlər üçün uğurlu ekoloji layihələr hazırlamaqda məşhurdur. Onun yeni sualtı şəhər layihəsi isə istifadə edilmiş plastik materiallardan və yosunlardan hazırlanacaq. Yaşayış binalarının bəzi strukturları isə meduzaları xatırladacaq.


Vinsent Kallebot yeni şəhərin qida ilə təchizatı problemini yaşayış məskənlərinin ətrafında salınacaq hibrit təsərrüfatları hesabına ödəməyi təklif edib.


“Aequorea” təbii ehtiyatlardan və torpaqdan qənaətlə istifadəyə yol açacaq. Habelə okeanın dibinin plastik tullantılarla çirkləndirilməsinin qarşısını alacaq. Üstəlik, layihə uğurla başa çatsa, suyun altında daha 5 şəhərin salınması ideyasına yol açacaq.


Müəllif: