4 Yanvar 2016 11:53
1 461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərində faciəvi hadisə baş verib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Qaziosmanpaşa məhəlləsində bir ailənin 4 üzvü həyatını itirib.

Hadisə ev sahibi Salih Üzümün dostları ilə görüşə getməsindən sonra baş verib. Bir müddət sonra evə zəng edən Salih həyat yoldaşının telefona cavab verməməsindən narahat olaraq evə gəlib. Qapını açıb içəri daxil olan kişi həyat yoldaşı və 3 körpə uşağının huşsuz halda yerdə uzandığını görüb. Əsəb gərginliyi keçirən ata qışqırmağa başlayıb. Onun səsini eşidən qonşusu evə daxil olarkən qaz qoxusunu hiss edərək dərhal təcili yardıma zəng edib.

Xəstəxanaya çatdırılan ana və 3 uşağın həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Uğur


Müəllif: