4 Yanvar 2016 13:40
3 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müharibə zonasından qaçaraq Avropa ölkələrinə sığınan suriyalı qadınlar həm sağ qalmaq həm də namuslarını da qorumaq üçün mübarizə aparırlar.

Teleqraf.com xəbər verir ki, yaşadıqları dəhşəti "New York Times"-a danışan suriyalı qadınlar hər fürsətdə təcavüzə məruz qalmaq təhlükəsi ilə üz-üzə qaldıqlarını deyiblər.

Ailəsi ilə birlikdə Almaniyaya getmək istəyən qadınlardan biri ailəsinin borcunu ödəmək üçün 3 ay boyunca hər gün təcavüzə məruz qaldığını bildirib.

Digər bir qadın isə Macarıstan sərhədində polis tərəfindən huşunu itirənə qədər döyüldüyünü deyib. Esra el-Horani adlı miqrant qadın təcavüzdən qorunmaq üçün kişi paltarı geyindiyini və sadəcə döyülüb, qarət edildiyinə görə şanslı olduğunu bildirib.

Samar adlı daha bir qadın 3 övladı ilə birlikdə 14 ay yol pulu yığmaq üçün Ömər adlı bir nəfərin yanında işlədiyini və hər gün ondan cinsi əlaqə təklifi aldığını danışıb. Əvvəllər Suriya İqtisadiyyat Nazirliyində işləyən 35 yaşlı Samar onunla cinsi əlaqəyə razılıq verdiyi təqdirdə Avropaya pulsuz keçirəcəyini söz verən kişinin "yox" cavabı aldığı üçün onu ölümlə təhdid etdiyini bildirib.

Uğur


Müəllif: