5 Yanvar 2016 21:55
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Facebook-un qurucusu Mark Zukerberq "Dəmir Adam" filmindəki Jarvis adlı obrazdan ilhamlanaraq robot yaratmaq fikrinə düşüb.


Mark bu haqda jurnalistlərə açıqlamasında deyib:


"2016-da evimi idarə edəcək və işimdə mənə kömək edəcək sadə bir robot yaradacam. Həmin robot "Dəmir Adam" filimlərindəki Jarvis kimi olacaq."

Zukerberq mövcud texnologiyaya baxaraq proyektini həyata keçirəcək. Ardından evindəki hər şeyi nəzarət etməsi üçün robota səsini tanımağı öyrədəcək. Bundan əlavə, Mark robota evinə gələn dostlarını üzdən tanıyıb onları içəri dəvət etməyi də öyrədəcəyini deyib.


Müəllif: