7 Yanvar 2016 13:08
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə oğlan keçmiş sevgilisini nişanlısı ilə görəndə əsəb gərginliyi keçirib. Özünü idarə edə bilməyən gənc tüfənglə qızı vurduqdan sonra intihar edib.

Teleqraf.com xəbər verir ki, qanlı hadisə Bursada baş verib.

Məlumata görə, 26 yaşlı Zeliha K. ailəsi qəbul etmədiyi üçün sevgilisi 29 yaşlı Erdaldan ayrılıb. Bir müddət sonra 27 yaşlı İsmayıl İ. ilə nişanlanan Zeliha toy hazırlıqlarına başlayıb. Gənc qız nişanlısı ilə kafedə oturan zaman keçmiş sevgilisi onlara yaxınlaşıb. Mübahisə davaya çevriləndə Erdal özü ilə gətirdiyi silaha əl atıb. Silahı görən İsmayıl ordan qaçıb. Erdal əvvəlcə Zelihanı tüfənglə vurub. Daha sonra tüfəngi başına dayayan Erdal intihar edib. Hər iki gənc hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ramal


Müəllif: