8 Yanvar 2016 20:38
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün rok-n-roll-un kralı sayılan Elvis Preslinin doğum günüdür.

Elvisin ilk mahnısı “Mama” 1954-cü ildə radiolarda səsləndirilib və ifaçıya böyük uğur qazandırıb. Onu daha da məşhurlaşdıran “Heartbreak Hotel” isə iki il sonra, 1956-cı ildə yazılıb və daxil olduğu “Elvis Presli” albomu ilə birgə Amerika hit-paradlarında ən çox dinlənilən mahnı olub. Bu albom bir milyondan çox nüsxədə satılıb. Uğurları ardıcıl olaraq sıralayan Elvis Presli dünya tarixində ən çox səsyazması satılan ifaçıdır. 3 dəfə Qremmi mükafatı alan rok-n-roll-un kralı 36 yaşında Qremminin Ömürlük Uğur Mükafatına da layiq görülüb. Onun adı rok-n-roll-un şərəf otağına daxil edilən ilk musiqiçilərdəndir.

Elvis Preslinin 80 illik yubileyi 42 yaşında həyata göz yumduğu Qreyslend malikanəsində keçiriləcək. Bundan əlavə musiqiçinin fanatları onun şəxsi əşyalarını doğulduğu şəhərdə keçiriləcək xüsusi hərracda almaq imkanı əldə edəcəklər.


Müəllif: