11 Yanvar 2016 20:53
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ildə “Volkswagen” avtomobil konserninin satışlarında kəskin azalma müşahidə edilib.

13 ildə ilk dəfə şirkətin satışlarında kəskin azalma müşahidə olunub. Buna səbəb isə “Volkswagen”in “dizel qalmaqalı” ilə bağlı yaşadığı problemlər olub.

2015-ci ildə şirkət tərəfindən 9,9 milyon ədəd maşın satılıb. 2014-cü illə müqayisədə bu göstərici 2 faiz azalıb. Kəskin azalma ötən ilin dekabr ayında baş verib. Həmin ay 835 min maşın satılıb, bu isə 5,2 faiz azalma deməkdir.


Müəllif: