13 Yanvar 2016 00:19
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə tikintidə işləyən ər xanımı tərəfindən bıçaqlanıb.

Teleqraf.com Türkiyə mətbuatına istiandən xəbər verir ki, hadisə Bursada baş verib. 36 yaşlı əri Muhammed Ağanı bıçaqlayan 40 yaşlı Evin Yusufu polis saxlayıb.

Məlumata görə, ər evə axşam gec gəldiyi üçün onunla xanımı arasında mübahisə baş verib. Əsəbi qadın çörək bıçağını həyat yoldaşının sol ayağına vurub. Ağrıdan qışqıran Muhammedin köməyinə qonşuları gəlib. Hadisə yerinə gələn təcili yardım xidmətinin əməkdaşları yaralını xəstəxanaya aparıblar. Hadisənin şokundan ayılan iki uşaq anası Evin Yusuf ərinin şalvarını götürərək xəstəxanaya gedib. O, xəstəxanada polis tərəfindən saxlanılıb.

Polis hadisə ilə bağlı istintaqa başlayıb.

Ramal


Müəllif: