14 Yanvar 2016 16:53
4 006

Rusiyanın paytaxtı Moskvada yerləşən ticarət mərkəzlərindən birində yeniyetmə qızlar səfil həyat sürən yaşlı kişiyə hücum edib.

Məlumatlara görə, 14 və 15 yaşlı iki qız skamyada yatan şəxsin çantasını oğurlamaq istəyib. Bunu hiss edən kişi yuxudan oyanıb və qızlara müqavimət göstərməyə cəhd edib. Ancaq onun cəhdləri heç bir nəticə verməyib. Qızlar yaşlı kişini yerə sərib və döyməyə başlayıb. Bir neçə dəqiqədən sonra qızlar hadisə yerindən uzaqlaşsalar da, yenidən geri qayıdıb və kişini sürüyərək, özləri ilə aparmağa çalışıblar. Bu zaman ticarət mərkəzinin mühafizəçilərinin gəldiyini görən yeniyetmələr heç nə olmamış kimi binanı tərk ediblər. Yaşlı kişi xəstəxanaya çatdırılıb.

Teleqraf.com təhlükəsizlik kamerasına əks olunna görüntüləri təqdim edir:

Elvin


Müəllif: