17 Yanvar 2016 13:39
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur “Yetenek Sizsiniz Türkiyə” yarışmasına qatılan azərbaycanlı qız juriləri heyrətləndirib.

Türkiyədə kifayət qədər məşhur olan "Yetenek Sizsiniz Türkiyə" yarışmasına Bakıdan 23 yaşlı Anna Zemçenko qatılıb. O göstərdiyi illuziya şousu ilə, nəinki münsifləri, eləcə də tamaşaçıları şoka salıb. O, yarışmada İki illuziya nömrəsi göstərib. Hər iki nömrədə də jurilər iştirak edib. İlk nömrə kartla, digər nömrə isə kitabla olub.

Həmyerlimiz bacarığı ilə hər üç jurilərdən "hə" cavabı alaraq, ikinci tura keçib. Yarışmadakı Annanın illuziya nömrəsini sizə təqdim edirik:



Bundan əvvəl isə ötən ilin noyabr ayında "Yetenek Sizsiniz Türkiyə" yarışmasına 9 yaşlı azərbaycanlı Fatimə Sadıqova qatılıb. O, hind rəqsi ilə münsiflərin qarşısına çıxıb. Həmyerlimiz hər üç münsifdən "hə" cavabı alıb. Fatimə yarışmada Bəxtiyar Vahabzadənin "Azərbaycan Türkiyə" şeirini də səsləndirib.



ANS PRESS



Müəllif: