17 Yanvar 2016 15:06
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimləri Kepler missiyasının məlumatından istifadə etməklə müəyyənləşdirdikləri Kepler-452b planeti ilə bağlı bir sıra məlumatları dəqiqləşdiriblər.

Publika.az xəbər verir ki, alimlər ulduzun orbit zonasında Günəşə oxşar Kepler-452b planetinin Yer planeti ilə oxşar olması qənaətinə gəliblər.


Bu planetlə bağlı bəzi bir sıra faktlar alimlərin diqqətini cəlb edib. Məlum olub ki, Kepler-452b planetinin ulduzları ilə arasındakı məsafə Yer planetinin bizim Günəşlə olan məsafəsi ilə eynidir.


Kepler-452b Yerlə müqayisədə öz ulduz orbiti ətrafında dövrəsini 365 yox, 385 günə tamamlayır.

Kepler-452b Yer planetindən təxminən 60 faiz böyükdür.


Yeni planetdə Yerdə olduğu kimi, qitə və okeanların olub-olmaması hələ məlum deyil. Lakin bu, bizim kainatda Yer kimi planetlərin ola biləcəyini ifadə edən sübutdur.


Müəllif: