18 Yanvar 2016 12:55
2 397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müəllim-şagird arasında olan seksual xarakterli qalmaqallara daha biri əlavə olunub.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə ABŞ-ın Luiziana ştatında baş verib.

Daha əvvəl iki müəllimin oğlan şagirdlə qrup halında əlaqəyə girməsi ilə “məşhurlaşan” "Destregan Liseyi" yeni qalmaqala səhnə olub. Bu dəfə qadın müəllimə qız şagirdi ilə əlaqədə olmaqda ittiham olunur.

26 yaşlı coğrafiya müəllimi Kimberli Naquin özündən 10 yaş kiçik şagirdi ilə 1 il birlikdə olub. Qalmaqal şagirdin qohumlarından birinin baş verənləri öyrənməsi və polisə xəbər verməsindən sonra ortaya çıxıb.

4 ildir ki müəllimlik edən Naquin hazırda həbsxanadadır.

Kimberli Naquinin fevralın 8-də hakim qarşısına çıxarılacağı bildirilib.

Rüstəm


Müəllif: