18 Yanvar 2016 23:51
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanda seksə görə vergi tətbiq edilə bilər.

Bu barədə Qazaxıstan Müsəlmanlar Birliyi ölkə rəhbərliyi qarşısında məsələ qaldırıb. Birliyin sədri Murat Telibekov qeyd edib ki, bununla bağlı layihə hazırlanıb. Əgər Qazaxıstan hökuməti layihəni qəbul edərsə, o zaman seksual xidmətə görə vergi tətbiq olunacaq.

Yeni qanuna görə, hətta qanunla evli olan gənc ailələr də sekslə məşğul olduqları üçün vergi ödəyəcəklər: "Nikahda olanlar 584 təngə (1,50 ABŞ dolları), vətəndaş nikahında olanlar isə 748 təngə (təxminən 2 ABŞ dolları) ödəməli olacaqlar. Təsadüfi görüş zamanı nikahdan kənar seks zamanı isə hər bir Qazaxıstan vətəndaşı 1893 təngə, (təxminən 5 ABŞ dolları) ödəməlidir. Cinsi azlıqlar üçün isə sekslə məşğul olmaq 2741 təngə (7 ABŞ dolları) bahasına başa gələcək".

Qanun qəbul olunarsa, xarici vətəndaşlar ikiqat artıq vergi ödəməli olacaqlar.


Müəllif: