20 Yanvar 2016 08:06
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Qafqazın yeganə peyk operatoru olan "Azərkosmos" ASC və Gürcüstanın "The Georgian Public Broadcasting" (GPB) şirkəti arasında "Adjara TV" kanalının kommersiya yayımına dair müqavilə imzalanıb.

Qeyd edək ki, 2005-ci ildən etibarən rəsmi olaraq Gürcüstanın İctimai Televiziya və Radio yayımlarını həyata keçirən GPB şirkətinə 17 televiziya və 15 radio kanalı daxildir.

Şirkətin tərkibində fəaliyyət göstərən televiziya kanalları vasitəsilə əsasən, ictimai-siyasi proqramlar, musiqi verilişləri, bədii, cizgi və sənədli filmlər nümayiş olunur.

"Adjara TV" kanalı 2016-ci ildən etibarən 11095/H/27500 tezliyi ilə yayımlanmaqdadır. Peyk operatoru, həmçinin, Ukraynanın "Radio 24" və "Lux FM" radio kanalları ilə müqavilə imzalayıb.

Müqaviləyə əsasən, musiqili və informativ proqramların səsləndiyi radio kanallar "Azerspace-1" peyki üzərindən 2016-cı ilin yanvar ayından etibarən 11016/171 tezliyi ilə yayımlanır.


Müəllif: