20 Yanvar 2016 12:57
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Odnoklassniki” sosial şəbəkəsinin ümumi auditoriyası 2015-ci ildə daha əvvəlki illə müqayisədə 8,5 faiz artaraq gündəlik olaraq 51 milyon unikal istifadəçiyə çatıb. Eyni zamanda sosial şəbəkənin mobil auditoriyası isə 30 faiz artıb.

TASS-ın məlumatına görə, bu barədə sosial şəbəkənin yaydığı rəsmi xəbərdə deyilir.

“Odnoklassniki” sosial şəbəkəsi auditoriyasının əsas artımı video servisin hesabına olub. Belə ki, videolara baxış sayı 2014-cü illə müqayisədə 30 faiz aylıq artaraq 6,8 milyard nəfər olub. GİF görüntü xidməti, əlavə ödənişli xidmətlər, həmçinin “hədiyyələr” xidmətlərinin hesabına da böyük artım olub. 2015-ci ildə “hədiyyə” verənlərin sayı 10 faiz çoxalıb.

Şirkətin 2015-ci ilin dekabr ayı üzrə məlumatına görə, istifadəçilərin 64 faizi fəal olaraq sosial şəbəkəyə mobil cihazlardan daxil olur. Bununla belə, “comScore” şirkətinin 2015-ci ilin noyabr ayında apardığı hesablamalara görə, orta hesabla hər bir istifadəçi gündəlik olaraq saytda 41 dəqiqə keçirir.


Qeyd edək ki, “Odnoklassniki” sosial şəbəkəsi də “Moy Mir”, “VKontakte” sosial şəbəkələri kimi “Mail.ru Group”a məxsusdur. “Mail.ru Group”a həmçinin “Mail.ru” internet resursu, İCQ və “Mail Agent” kimi ani məlumat mübadiləsi xidmətləri də daxildirlər. Qrup “Qiwi” ödəniş xidmətinin 31 faizinə sahibdir. “Mail.ru Group” şirkətinin 2015-ci ilin ilk yarım illiyindəki gəlirləri 6,9 faiz artaraq 18,301 milyard rubl təşkil edib./lent.az/


Müəllif: