22 Yanvar 2016 08:06
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Samsung Electronics" şirkəti təkmilləşdirilmiş "LPP" (Low-Power Plus) 14 nanometrlik mikrosxemlərin kütləvi istehsalına başlayacaq.


İkinci nəsil 14 nanometrlik texnoloji prosesin tətbiqi istehsal olunan məhsulların yüksək məhsuldarlığını və enerji səmərəliyini təmin edəcək.


Təkmilləşdirilmiş 14 nanometrlik "LPP" proses tranzistor strukturunun yaxşılaşdırılması və prosesslərin optimallaşdırılması sayəsində əvvəlki texnoloji proseslə müqayisədə hesablamaların sürətini artırmağa və enerji sərfiyyatını 15 faiz azaltmağa imkan verir.

İkinci nəsil 14 nanometrlik texnoloji prosesin hazırlanması mobil rabitə və "Əşyalar interneti" texnologiyaları sahəsində yüksək məhsuldarlıqlı və enerjiyə qənaətcil qurğulara artan tələbatı ödəməyə şərait yaradır.


Müəllif: