22 Yanvar 2016 12:23
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə ana 3 yaşlı uşağını döyərək öldürüb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmir Ədliyyə Tibb Qurumu tərəfindən 3 yaşlı Mert E-nin bədənində xəsarət izlərinin olduğu təsdiqlənib.

Məruzədə azyaşlını aldığı zədələr nəticəsində öldüyü qeyd edilib.

Hakim qarşısına çıxarılan ana Aysel E. haqqında həbs cəzası verilib.

Ailə və Sosial Siyasət Nazirliyinin qərarı ilə Aysel E.-nin digər 2 uşağı nəzarətə götürülüb. Hazırda faktla bağlı araşdırma aparılır.

Ramal


Müəllif: