24 Yanvar 2016 21:56
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbii üsullarla daha dolğun və gözəl dodaqlara sahib ola bilərsiniz.

Bunun üçün Publika.az-ın təqdim etdiyi maskaları sınaqdan çıxarın.

İstiot maskası

2 çay qaşığı qırmızı istiot ilə 1 çay qaşığı suyu və 1 çay qaşığı qara istiotu qarışdırın. Maskanı dodaqlara çəkib 10 dəqiqə gözləyin. Daha sonra dodaqları soyuq su ilə təmizləyin. Bu maskanı həftədə 2-3 dəfə çəkə bilərsiniz.

Vazelin maskası

Yarım çay qaşığı qırmızı istiot ilə yarım çay qaşığı darçını qarışdırın. Üzərinə 1 xörək qaşığı vazelin, 3 damcı nanə yağı əlavə edin. Maskanı dodaqlarınıza çəkin. Dodaqlarda qıcıqlanma və yanma hiss ediləcək. Dözə bilmədiyiniz səviyyəyə gələndə soyuq su ilə yuyun. Maskanı 5 dəqiqədən artıq saxlamaq məsləhət deyil. Maska 3 gündən bir çəkilməlidir.

E vitamini maskası


5 damcı darçın yarpağı yağı ilə 5 xörək qaşığı zeytun yağını və 1 ədəd ampulanın içindəki E vitaminini qarışdırın. Maskanı 3 dəqiqə soyuq yerdə saxlayın. Bu maskanı gecələr çəkmək məsləhətdir. Maskanı yuyub təmizləməyə ehtiyac yoxdur.


Müəllif: