26 Yanvar 2016 13:38
3 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə azyaşlı baldızına təcavüzdə ittiham olunan şəxsə hökm oxunub.

Teleqraf.com Türkiyə mətbuatına istiandən xəbər verir ki, hadisə Ispartada baş verib.

Ağır cəza məhkəməsində baxılan cinayət işi yekunlaşıb. Hakim qarşısına çıxarılan Ramazan Ç. ittihamları qəbul etməyib. O, ifadəsində bunları deyib:

"Həyat yoldaşım bacısını evimizə gətirmək istəyirdi. Ona qarşı çıxmışdım. Baldızıma qarşı belə bir niyyətim olsaydı, yanımıza gətirilməsinə razı olardım. Baldızımla 6 ay birlikdə tərəvəz satdıq. Gündəlik 20 lirə (10 manat) xərclik verirdim. Ona təcavüz etməmişəm".

Məhkəmə müdafiə tərəfinin dinlədikdən sonra qərarını verib. Müttəhim Ramazan Ç. 14 yaşlı baldızı H.S-yə təcavüzdə günahkar bilinərək 8 il 1 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Ramal


Müəllif: