28 Yanvar 2016 08:33
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı alimlər əlil insanlar üçün avtomatik həyat təminatı sisteminə malik avtomatlaşdırılmış kreslo yaradıblar.

Avtomatlaşdırılmış əlil arabası dayaq-hərəkət aparatı xəstəliklərindən əziyyət çəkən insanların reabilitasiyasında istifadə edilə bilər. Kresloda oturan insanın başına xüsusi sensorlarla təchiz edilmiş şlem taxılır. Sensorlar tərəfindən "oxunulan" beyin qabığının siqnalları sayəsində kreslo hərəkət etməyə başlayır, yəni, əlil arabasında oturmuş insan sağ tərəfə hərəkət etmək istədikdə qurğu bu komandanı yerinə yetirir.

Alimlərin sözlərinə görə, yeniliyin əsas özəlliklərindən biri kreslonun obyektlərlə, məsələn, divarla toqquşmasının qarşısını almaq qabiliyyətidir. Bu o deməkdir ki, hətta tamamilə iflic olmuş insanlar bu əlil arabasını idarə edə bilərlər.


Müəllif: