29 Yanvar 2016 18:25
1 498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankaranın Gölbaşı rayonunda təcavüzə məruz qalan 17 yaşlı qızı ailəsinin öldürmək istədiyi iddia edilir.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 17 yaşlı Y.B Gölbaşı Rayon Polis İdarəsinə müraciət edib. O, iş yerində müdirinin onu aldadaraq spirtli içki içirdiyini, daha sonra isə təcavüz etdiyini bildirib. Qız baş verənləri valideynlərinə danışıb. Anası, atası, əmisi və xalasının onu döydüyünü və siçan zəhəri içdirdiklərini söyləyən Y.B polisdən kömək istəyib.

Polis tərəfindən saxlanılan müdir 32 yaşlı F.D günahını etiraf edib və məhkəmə qərarı ilə həbs olunub.

Y.B. yaşı az olduğu üçün Rayon Sosial Xidmətlər İdarəsi tərəfində himayəyə götürülüb.

Polis azyaşlı qızın ailə üzvləri barəsində də cinayət işi açıb, araşdırma aparılır.

Ramal


Müəllif: