31 Yanvar 2016 01:51
3 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolumbiyada katibəsinə çılpaq şəkillərini yollayan məmur vəzifəsindən istefa verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ölkədə omdubsman vəzifəsində çalışan Jorde Armando Otalara sosial şəbəkənin köməyi ilə katibəsi Astrid Kristançoya çılpaq şəkillərini göndərərək, ona intim əlaqədə olmaq təklif edib.

Astrid bununla bağlı dərhal insan haqları təşkilatına müraciət edib. Araşdırmalar zamanı bəzi gizli məqamlar ortaya çıxıb. Məlum olub ki, ombudsman katibəsi ilə uzun müddətdir sevgilidir. Onlar birgə tətilə gedib və hətta evlənməyi planlaşdırıb. Ancaq Otalaranın katibəsindən ayrılmaq istəməsi ilə Astrid ondan qisas almaq qərarına gəlib. Gənc qız əvvəlcə şəkilləri dostlarının köməyilə sosial şəbəkədə yayımlayıb. Məsələ gündəmə gəldikdə isə şikayət etmək qərarına gəlib.

Elvin


Müəllif: