31 Yanvar 2016 21:39
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alimlər pendirin yeni xüsusiyyətini aşkara çıxarıblar.

ABŞ-ın Miçiqan Universitetinin professorları pendirin aludəçilik yaratdığını açıqlayıblar.


500 nəfərin iştirakı ilə aparılan araşdırma göstərib ki, pendir də narkotik kimi asılılıq yaradır. Alimlər bunu pendirin tərkibindəki “kazein” adlı maddə ilə əlaqələndiriblər. Onların qənaətinə görə, bir həftə müddətində hər gün az da olsa, pendir yesəniz, onun aludəçisinə çevrilə bilərsiniz.

Araşdırmaçılar bildirirlər ki, dünyanın ən çox aludəçilik yaradan qidalarından biri hesab edilən pizza bu ünvanı tərkibindəki pendir sayəsində əldə etmiş ola bilər.

Qeyd edək ki, bir insanın ildə 35 kiloqrama yaxın pendir yediyi təxmin edilir.

Publika.az


Müəllif: