1 Fevral 2016 16:46
1 576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çoxumuz işlərimizi kənara atıb yeni həyata başlamağı arzulayırıq, amma demək olar ki, bacarmırıq. Ancaq onlar bunu bacarıblar.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Amerikada yaşayan cütlük yaxtaalaraq dünya turuna çıxıb. İşdən çıxan cütlük Nyu Cersidəki evlərini də satıblar.

Onlar 2015-ci ilin may ayında bəri səyahət edirlər. İndiyə kimi Fransa, İspaniya, İtaliya, Elba, Korsika və Balearic Adalarının sahillərində olublar. Vaxtlarını isə kitab oxumağa, musiqi dinləməyə, gəzdikləri sahilləri araşdırmağa və dənizə dibinə enməyə sərf edirlər.

2010-cu ildə tanış olan cütlük 2013-cü ildə nişanlanıb. Ancaq cütlük toya sərf edəcəkləri pulu daha səmərəli xərcləyə biləcəklərini düşünüblər. Evlərini və istifadə etmədikləri əşyaları satan cütlük "Silwer Paws" (“Gümüşü pəncərələr”) adlı yaxtanı alıblar.

Teleqraf.com onların səyahətindən fotoları təqdim edir:

Rüstəm


Müəllif:

Oxşar xəbərlər