Gözəl səs tonu təkcə müğənnilərə lazım deyil. Çünki araşdırmalar səsi gözəl olanların iş görüşmələrində və dostluq münasibətlərində daha çox uğur qazandıqlarını göstərir. Hansısa konfransda çıxış edəcək iş adamının da, şagirdlərinin sevimlisinə çevrilmək istəyən müəllimin də gözəl səs tonununa ehtiyacı var.
Publika.az səs tonunu gözəlləşdirməyin yollarını araşdırıb:
Mütəxəssislər bildirirlər ki, zəncəfil, adaçayı kimi bitkilər səsi gözəlləşdirir. Odur ki, bu bitkilərdən çay hazırlayaraq içmək lazımdır.
Eyni miqdarda zəncəfil, nar çiçəyi və adaçayını (şalfey) şüşə qaba töküb ağzını kip bağlayın. Hər gün bu çaydan 1 çay qaşığı götürüb 1 fincan çay dəmləyin. Səhər və ya axşam yeməkdən yarım saat sonra için.
Zəncəfil çayı dəmləyib içərisinə 1 çay qaşığı bal əlavə edib içmək də eyni effekti verir.
Bundan başqa, çoxlu su içmək, bənövşə yağı və ya turp suyu ilə qarqara etmək də səs tellərinə yaxşı təsir edir.
Süd məhsulları, spirtli içkilər, çay və qəhvə isə əksinə, səs tellərini korlayır. Ona görə də, bunlardan az istifadə etməyiniz məsləhətdir.