4 Fevral 2016 20:54
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aurovil və ya "gündoğan şəhər" - Hindistanın cənubunda olan bu şəhər YUNESKO-nun nəzarətindədir. Şəhər Tamiland ştatında yerləşir.

Bu şəhər siyasətdən və dindən kənar insanların yaşayadığı beynəlmiləl məkandır.

1968-ci ildə şəhər salınanda dünyanın yüzlərlə ölkəsindən Aurovilə gələn nümayəndələr özləri ilə bir qədər torpaq gətiriblər. Bu torpaqlar toplanaraq Martimandrita yaxınlığında basdırılıb. Ora indi ümumi yığım yeridir. Martimandrita dilimizə "Ana məbədi" kimi tərcümə olunur. Martimandrita şəhərin mərkəzində yerləşir.

Şəhər 50 min insan üçün nəzərdə tutulub. Hazırda sakinlərin sayı 2 minə çatır. Əksəriyyət Hindistandan gəlsə də, burada Fransa, Almaniya, İsrail, Amerika, Rusiya və digər ölkələrindən də gələn var.

Teleqraf.com şəhərin fotolarını təqdim edir:

Rüstəm


Müəllif:

Oxşar xəbərlər