5 Fevral 2016 16:46
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyanın "Daily Mail" nəşri mənzil bronu ilə məşğul olan Airbnb şirkətinin səyahətçilər üçün təklif etdiyi ən maraqlı yerləri seçib.

Teleqraf.com-un buro247-yə istinadən xəbər verir ki, sayt turistlərə zahirən sabun köpüyünü xatırladan evdə, qoyunlar üçün vaqonda, mağarada və ya apartamentlərdə qalmağı təklif edir.

Ulduzlara baxmağı sevənlər üçün şəffaf divarları olan, formaca şarı xatırladan binada yerləşmək təklifi də var. Bu bina Şimali İrlandiyadakı meşələrdən birində yerləşir. Bir gecə qalmaq üçün turistlər 176 funt sterlinq və ya 255 dollar ödəməli olacaq. Burada qalanlara 180 dərəcəlik mənzərədən əlavə, teleskop, geniş çarpayı və kreslolar təqdim edilir.

Vayominqdə (ABŞ) səyahətçilər 20-ci illərdə qoyunlar üçün olan və restavrasiya edilmiş vaqonda gecələyə bilərlər. Gecəsi 90 funt olaraq bu vaqonda 4 turist yerləşə bilər. Onların rahatlığı üçün vaqonda odun peçi yerləşdirilib.

Səyahətçilər üçün ən maraqlı yerlərdən biri Londonun mərkəzində yerləşir. Mənzil neoqotik stilində tikilən Sent-Pankras vağzalının bir hissəsi olan saatlı qüllədə yerləşir. Burada iki mərtəbədə qonaq otağı, mətbəx, duşlu vanna yerləşir. Burada bir gecə qalmaq 150 funt sterlinqə (218 dollara) başa gələcək.

Digər qeyri-adi yerlərin arasında çəkmə, it, dəniz balıqqulağı şəklində tikilmiş evlər, mağarada və ağacda ev, hind viqvamı və s. var.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər