6 Fevral 2016 10:17
1 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən böyük proqram təminatçılarından biri olan "Apple" maraqlı təkliflə çıxış edib. Belə ki, şirkət xarab olan "iPhone"ları pulu ilə geri alacaq.

Teleqraf.com-un məlumatına görə, kampaniyası yaxın günlərdə başlayacaq. Kampaniya çərcivəsində xarab olan "iPhone"ları geri gətirənə pul veriləcək və yeni "iPhone" modelləri almağa təşviq ediləcək.

"Apple" xüsusilə ekranı sınmış və xəsarət alan telefonları geri almağı planlaşdırır.

İndi şirkət istifadəçilərin bu kampaniyadan yararlanmasına marağı artırmaq üçün qiymətləndirmə işləri aparır. "iPhone 5S"lər üçün 50 dollar, "iPhone 6" və "iPhone Plus" üçün 200 dollar kredit verəcək. Lakin bu qiymət cihazın bəzi xüsusiyyətlərinə görə dəyişəcək.

Təklif "iPhone 5S"dən aşağı modelləri əhatə etməyəcək. Bundan başqa şirkətin son modellərindən olan "iPhone 6S" və "iPhone 6S Plus" da kampaniyaya daxil olmayacaq.


Müəllif:

Oxşar xəbərlər