7 Fevral 2016 15:13
3 514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Qaziantep şəhərində bir neçə gün əvvəl baş verən dəhşətli cinayətin təfərrüatları aydınlaşıb.

Teleqraf.com xəbər verir ki, 2014-cü ildə Şanlıurfada tanış olub ailə quran Yusuf və Tuğba cütlüyü oğlanın İstanbulakı evinə köçüblər. Qapıdan içəri girən Tuğba evdə başqa bir qadının və iki uşağın olduğunu görüb. Onların ərinin birinci ailəsi olduğunu anlayan qızın etirazı Yusufu bərk əsəbləşdirib və Tuğbanı döyüb. Bundan sonra Tuğba Qaziantepə, atasının evinə qayıdıb. Yusuf isə 2 arvadının olmasını istədiyi deyərək heç birindən ayrılmaq istəməyib.

Bir müddət sonra valideynlərin istəyi ilə İstanbula qayıdan Tuğba ərinin işgəncələrinə dözməyərək evdən qaçaraq İstanbul Prokurorluğuna müraciət edib. Bir neçə ay sonra qadın boşanmaq qərarına gəlib.

Bütün bunlardan əsəbləşən Yusuf Taş qisas almaq fikrinə düşüb. Tuğbanın xalasının evində olduğunu öyrənən gənc ora yollanıb. Evə girən Yusuf Tuğbanı, xalası və körpə uşaqları birlikdə qətlə yetirib.

Daha sonra cinayətkar 2 arvadı olduğuna görə onu tez-tez danlayan əmisindən də intiqam almaq qərarına gəlib. Əmisini də ailəsi ilə birlikdə öldürən Yusuf Taş hadisə yerini tərk edib.

Ümumilikdə 2 evdə 9 nəfəri öldürən Yusuf Taşın axtarışları hələ bir nəticə verməyib.

Uğur


Müəllif:

Oxşar xəbərlər