9 Fevral 2016 17:11
1 369
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fox TV-də yayımlanan evlilik proqramında şəhidlərə hörmətsizlik edilib.

Bəy namizədi Zəkəriyyə iştirakçı qıza "çərşənbə günü namizədinizə "əsgərliyi etdin?" deyə sual verdin, amma həmin axşan Türkiyə şəhid verdiyi anda siz burada oynayırdınız" deyib.

Aparıcı Zuhal Topal isə qızı müdafiə edib:

"Biz bu proqramı aparmaq məcburiyyətindəyik. Burada hər hansı namizədə "niyə oynayırsınız?" demək yersizdir. Həyat davam edir. Sən də bura gəlməsəydin o zaman".

Bunun üzərinə Zəkəriyyə bəy "sizi burada alqışlayıram" deyərək efiri tərk edib. Onun ardından kefini pozmayan gəlin namizədi orkestrə "çal, çal" deyərək oynamağa başlayıb. Şəhidlərin müzakirə edildiyi bir anda Zuhal Topalən buna səssiz qalması tamaşaçıları əsəbiləşdirib. Sosial mediada istifadəçilər Zuhalı sərt tənqid ediblər.//axşam.az


Müəllif: