2018-ci ildə kiçik kosmik zondun yelkənini açaraq uzaq asteroidə səyahətə başlaması gözlənilir. Bu, “NASA”-nın Yer orbitindən kənarda yalnız Günəş işığı ilə hərəkət edən ilk kosmik aparatı olacaq. Texnologiya Günəş sisteminin və son nəticədə ulduzlararası məkanın tədqiqinə yol aça bilər.
16 milyon dəyərində "Near-Earth Asteroid Scout” zondu “NASA”-nın bu günlərdə elan etdiyi 13 qiymətli yük sırasına daxildir. Onların hamısının kosmik raketləri əvəz edəcək “Space Launch System” raketi ilə birlikdə göndərilməsi nəzərdə tutulur.
Bildirilir ki, "Near-Earth Asteroid Scout” raketinin təyinat yerinə - kiçik “1991 VG” asteroidinə çatması üçün 2,5 il lazım olacaq. Fasiləsiz uçuş Günəş yelkəninə düşən Günəş işığı ilə təmin olunacaq. O, zondu Günəşə nisbətdə 103 min km/saatadək sürətləndirəcək.
Günəş yelkəni ilə təchiz edilən kosmik aparat müəyyən müddətdən sonra adi kimyəvi raketin köməyi ilə bu ölçülü kosmik aparatlardan daha sürətli hərəkət edə biləcək.
Günəş yelkənləri yüksək əksetmə qabiliyyətinə malik nazik materialdan hazırlanır. Günəşin fotonu güzgü üzərinə düşən zaman o yelkəndən sıçrayaraq öz impulsunu kosmik aparata ötürür.
Günəş yelkəni ideyası Sovet raket istehsalının əfsanəsi Konstantin Tsiolkovski və Fridrik Tsanderin nazik təbəqələrdən ibarət böyük güzgülərdən və kosmik sürətə nail olmaq üçün Günəş şüasından istifadə edərək kosmik aparat icad etdikləri 1924-cü ildən mövcuddur.
“NASA” Günəş yelkənləri texnologiyalarına 90-cı illərin sonlarında investisiya yatırmağa başlayıb. 2010-cu ildə agentlik Yer orbitinə kiçik yelkənli peyki uğurla çıxarıb. Peyk burada atmosferə daxil olana və yanmayanadək 240 gün qalıb.
Həmin il Yaponiya Kosmik Agentliyi Günəş yelkənlərdən planetlərarası səyahət üçün tətbiqin mümkünlüyünü nümayiş etdirib. Sınaq aparatı “Akasuki” Venera zondunun göyərtəsinə bərkidilib. “IKAROS” adlanan Günəş yelkənli aparat kosmosda Yerdən 7 milyon km uzaqda olan zaman zond vasitəsilə açılıb. Altı ay sonra “IKAROS” uğurla Venera planetinin yanından keçib.
Günəş yelkənləri elektronika sahəsində inqilab sayəsində ərsəyə gətirilib. “NASA” bunu gələcəkdə asteroidlərə ilk pilotlu missiyalar üçün atılmış addım hesab edir.