Türkiyədə bir müddət öncə birlikdə yaşamaq üçün evdən qaçan sevgililərin cəsədləri tapılıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, fevralın 11-də İstanbulun Eyüp qəsəbində iki naməlum cəsəd tapılıb. Hadisə yerinə gələn polis ərazidə təhlükəsizlik tədbirləri görüb.
Polisin verdiyi məlumata görə, 19 yaşlı Uğur Can Taşdemirin başına iki güllə, 27 yaşlı Yağmur Günəşin başına isə 1 güllə vurulub.
Öldürülən qadının ərindən boşandığı və iki uşağının oluduğu bildirilib. Uğur Can Taşdemirin isə nikahdan kənar bir uşağı var. Cürlüyün bir müddətdir gizli eşq yaşadıqları, ailələrinin buna qarşı olduğu məlum olub. Sevgililər ötən həftə evdən qaçıblar.
Öldürülən Yağmur Günəşin qohumlarında biri həbsxanadan təzə çıxdığı və zəng edərək evinə qayıtması üçün təhdid etdiyidə bildirlib.
Hadisə ilə istintaq işi davam edir:
Ramal