15 Fevral 2016 10:54
1 368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə ər 14 fevral Sevgililər günündə onunla zarafat edən xanımını tüfənglə vurub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəstəxanaya çatdırılan gənc qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə İstabulda, yerli vaxtla 09.00-da baş verib.

İlkin məlumata görə, 25 yaşlı Hamiyet U. divardan asılı olan tüfəngi götürərək salonda oturan 30 yaşlı Naif U.-nun yanına gedib. Silahı ərinə tərəf tutaraq "Bu gün Sevgililər Günüdür. De görüm mənə nə almısan?" deyə onunla zarafat edib. İnşaatda usta işləyən Naif "hə, almışam" cavabını verib. Bundan sonar qadın silahı yerə qoyub.

Hamiyet mətbəxə gedərkən əri tüfəngi götürüb. Silahı xanımına tərəf tutan Naif tətiyi çəkib. Atəş nəticəsində xanımı kürəyindən ağır yaralanıb. Xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə gələn polis Naif U.-nu həbs edib. Cinayət işinin istintaqı davam edir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər