17 Fevral 2016 08:05
1 266
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Instagram” tətbiqetməsində videoların neçə dəfə izlənildiyi göstəriləcək.

Şirkətin rəsmi bloqunda yer alan məlumata görə, baxış sayı bəyənmə hesablayıcının yerində görünəcək. Lakin bununla belə, istifadəçilər bəyənmə sayını da görə biləcəklər. Yeni funksiya xüsusilə sənətçilər, yeni populyarlıq qazanan istifadəçilər və şirkətlər üçün faydalı olacaq. Bu yolla abunəçilərin daha çox nələrlə maraqlandığını öyrənmək mümkün olacaq.

Qeyd edək ki, son 6 ayda tətbiqetmədə videoları izləmək üçün sərf olunan vaxt 40% artıb. Videolara baxışın sayını hesablayan funksiya bu il sonuncu yenilik olmayacaq.


Müəllif:

Oxşar xəbərlər