Türkiyədə inşaat işçisi pəncərədən evə gizli girərək qadına təcavüz etmək istəyib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstabulda baş verib. 36 yaşlı L.E. pəncərədən evə girərək yatmiş halda olan 29 yaşlı H.Ç.-yə təcavüz etməyə çalışıb. Qadın alt paltarının kəsildiyini hiss edərək qışqırıb. Səsə gələn qardaşları L.E.-ni döyüblər. Ancaq o, qaça bilib.
Hadisə fevralın 12-də gecə saat 5.00-da olub. Bıçaqla qadını hədələyən L.E. ona "Bir dəfə birlikdə olacağıq. Qışqırsan vuracağam"deyib.
Qadın polisə ifadəsində " Səhərə yaxın bədənimə əlin dəydiyini hiss etdim. Oyananda alt paltarımı kəsdiyini gördüm. Bıçağı göstərərək "bir dəfə birlikdə olacayıq. Qışqırsan vuracağam" dedi. Qışqıraraq kömək çağırdım. Qardaşlarım məni xilas etdilər" deyib.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Ramal