Avstriyada məktəbdə baş verən təcavüz hadisəsi ölkədə böyük rezonans doğurub.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, 15-16 yaşlı 6 məktəbli oğlan 15 yaşlı qıza təcavüz ediblər. Qızın qışqırığını eşidib kömək etməyən müəllim haqqında isə araşdırma başladılıb.
"Kleine Zeitung" qəzetinin məlumatına görə, hadisə Avstiyanın Graz şəhərindəki məktəbdə baş verib. Gənc qız 2015-ci ilin may ayında təcavüzə məruz qalıb. Ancaq hadisə dərs ili başlayanda qızın başına gələnləri inandığı başqa bir müəllimə deməsi ilə ortaya çıxıb.
Polisin verdiyi məlumata görə, təcavüzkar qrup qıza qarşı məktəbin ayaqyolunda seksual xarakterli hərəkətlər ediblər.
"Kleine Zeitung"un məlumatına görə, bəzi şagirdlər hadisə ilə bağlı qadın müəlliməni tədbir görməyə çağırıblar. Ancaq müəllimə şagirdə kömək etmək əvəzinə dərsə gec gəldiyi üçün ona xəbərdarlıq edib.
Müəllim və təcavüzkar qrupla bərabər hadisənin şahidi olub, ancaq kömək etməyən qız şagirdlər haqqında da istintaq davam edir.
Vəkil Hansjörg Baçer baş vermiş hadisəni təsdiqləyib. Ancaq bu barədə geniş açıqlama verməkdən imtina edib.
Ramal