22 Fevral 2016 13:17
1 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın “Avroviziya”da təqdim edəcəyi mahnı ruslar tərəfindən 1944-cü ilin 18 maydında sürgün olunan Krım tatarlarından bəhs edir.

Teleqraf.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, Krım tatarı olan Camala Ukraynanı Stokholmda keçiriləcək “Avroviziya-2016”da təmsil edəcək. O, müsabiqədə "1944" adlı bəstəni oxuyacaq.

Mahnı 1944-cü ildə onun nənəsinin qucağında 5 uşaqla Krımdan Orta Asiyaya sürgün edilməsindən bəhs edir.

Qeyd edək ki, İkinci Dünya Müharibəsi dövründə Sovet höküməti tərəfindən Krım tatarları almanlarla əməkdaşlıq etməkdə günahlardırılıb. İosif Stalinin əmri ilə 1944-cü il 18 maydan başlayaraq 200 min Krım tatarı Özbəkistan, Qazaxıstan və digər Sovet ölkələrinə sürgün olumuşdu.

Teleqraf.com sözügedən mahnını təqdim edir:

Rüstəm


Müəllif:

Oxşar xəbərlər