24 Fevral 2016 14:56
1 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Milli Məclisinin müxalifətdən olan üzvü Aram Manukyan kişi həmkarlarını görüşərkən öpüşmək vərdişini tərgitməyə çağırıb.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, parlamentin növbəti iclası Erməni Milli Konqresi fraksiyasının katibi Manukyanın kişi millət vəkillərinə müraciətlə başlayıb:

“Hörmətli deputatlar! Kişilərin hər gün səhər tezdən bir-biri ilə öpüşməsi son dərəcə eybəcər görünür. Bu ənənəyə son qoymağa çalışın. Məsələn, mən bizim partiyada kişilərə hər gün görüşəndə öpüşməyi qadağan etmişəm. Ali məktəblərin yanında da eyni mənzərəni görmək olar...

Yaxşı deyil! Sizin bu mədəniyyətiniz başqalarına da yayılır. Bu ənənə haradan gəlib? Gürcüstandan? Orada da kişilər bütün günü bir-biri ilə öpüşür. Bu eybəcər görünür. Uşaqlara nə nümunə göstərirsiniz?”.

Samir


Müəllif:

Oxşar xəbərlər