ABŞ Federal Təhqiqatlar Bürosu ilə texnologiya nəhəngi Apple arasındakı mübarizə qızışır.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, FTB-nin Apple-dən istifadəçilərin gizli məlumatlarına nəzarət edə bilmək üçün "arxa qapı" açmasını istəməsi texnologiya dünaysını ikiyə ayırıb.
Google-nin ardınca Facebook-un yaradıcısı Zukerberq də FTB-nin tələbinə etiraz edən Apple-ni dəstəklədiyini bildirib:
"Kod sistemini keçə bilmək üçün açılacaq "arxa qapı"nın nə təhlükəsizliyi artıracağını, nə də doğru addım olacağını düşünürəm",
Microsoft-un qurucusu Bill Qeyts isə "Apple FTB-yə müsbət cavab verməlidir" deyib.
"Bir bankdan məlumat tələb etməklə bir texnologiya şirkətindən informasiya tələb etmək arasında fərq yoxdur. Mövcud mübahisənin olması müsbət haldır. Beləliklə, dövləеlər məlumat toplamaq mövzusunda standartlarını daha da yaxşılaşdıra biləcəklər".
Qeyd edək ki, Apple şirkətinin rəhbəri Tim Kuk FTB-nin tələbinin insanların şəxsi məlumatlarının toxunulmazlığı prinsipinə zidd olduğunu bildirib.
Ramal