25 Fevral 2016 09:12
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələr insanlarda kokain asılılığına bənzəyən çox güclü asılılıq yaradır.

"dni24.com" saytı xəbər verir ki, ABŞ mütəxəssislərinin fikrincə, belə asılılıq "Facebook" istifadəçilərində yarana bilər. Sosial şəbəkələrin və internetin təsirini öyrənən tədqiqatçıların çoxu bildirir ki, internetdə "oturmağın" çox böyük ziyanı var. Xüsusilə asılılıq inkişaf edir. İnternet olmayanda əsəbi vəziyyət yaranır.

Alimlərin növbəti tədqiqatı sübut edib ki, insanların sosial şəbəkələrdən asılılığı kokain asılılığına bənzəyir. Tədqiqat aparmaq üçün könüllülər seçilib. Mütəxəssislər onlara müxtəlif şəkillər göstərərək, xoşlarına gələni seçməyi xahiş ediblər. Onlar eksperiment zamanı şəkil seçən insanların beynini müşahidə ediblər. Nəticədə məlum olub ki, insanlar bu və ya digər şəkildə sosial şəbəkələrlə bağlı olan şəkilləri seçiblər.

O da müəyyən olunub ki, insanlar xoşlarına gələn şəkilləri seçərkən sanki kokain qəbul edən insanlar kimi həzz alırlar. Yəni sosial şəbəkələr kokain asılılığına oxşar asılılıq yaradır./AZƏRTAC/


Müəllif: