25 Fevral 2016 12:55
2 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən məşhur və ən güclü terror təşkilatlarından olan Taliban puştu millətindən olan tələbələr tərəfindən yaradılıb. Bu qruplaşma 1996-2001-ci illərdə Əfqanıstanı, 2004-cü ildən isə Pakistanın şimalında yerləşən Vəziristan regionunu idarə edib. Taliban 2003-cü ildən BMT-nin Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatı kimi tanınır.

Taliblərin keçdiyi yol

1995-ci il-də BƏƏ tərəfindən maliyyələşdirilən taliblər Gülbəddin Hökmatiarın döyüşçülərini darmadağın edib, Gilməndi ələ keçirdilər. Onların qarşısını Kabildə Əhməd Şah Məsudun diviziyaları aldılar. Onlar Əfqanıstan ərazisinin üçdə birini – ölkənin cənub-şərq hissəsini nəzarətdə saxlayırdılar.

27 sentyabr 1996-cı il ildə taliblər Kabili döyüşsüz ələ keçirdilər və Əfqanıstan İslam Əmiratını yaratdılar. Onlar nəzarətdə olan əraziləri şəriət qanunları ilə idarə edirdilər. Taliban rejiminin oppozisiyasını Rusiyanın dəstəyindən istifadə edən, əsasən taciklərdən (başda Əhməd Şah Məsud və Burhanəddin Rəbbani olmaqla) və özbəklərdən (başda general Əbdul Rəşid Düstüm olmaqla) ibarət olan, Şimali Alyans təşkil edirdi.

Terrorist Usame Bin Ladenlə əməkdaşlıq və Buddanın Bamuan Heykəllərinin vəhşicəsinə dağıdılması taliblərin neqativ imicini formalaşdırdı.

2001-ci il 11 sentyabr terror hadisələrindən sonra ABŞ Əfqanıstan İslam Əmiratına qarşı terror əleyhinə əməliyyatlara başladı və Şimali Alyansın dəstəyi ilə talibləri məğlub etdi. Taliblər hissə-hissə qonşu Pakistana (Vəziristan vilayətinin əyalətlərinə) geri çəkildilər və burada Hacı Ömərin başçılığı altında birləşdilər.

Vəziristan 2000-ci illərin başlanğıcından taliban hərəkatının qalası olub. Taliban ənənəvi qəbilə liderlərini sıxışdırdılar və 2004-cü ildə hakimiyyəti faktiki olaraq ələ keçirdilər.

14 fevral 2006-cı ildə Şimali Vəziristan ərazisində Vəziristan İslam Dövlətinin yaranması və müstəqilliyi elan olundu. Sonralar Pakistan ordusunun İslamabad hakimiyyətini yeniləmək cəhdlərinə baxmayaraqVİD-nin ərazisi böyük bir hissəsi Cənubi Vəziristan əyalətinin hesabına genişləndirildi.

17 dekabr 2007-ci ildə Pakistan talibləri “Texrik Taliban və Pakistan” təşkilatında birləşdilər. Bu təşkilatın rəhbəri isə Vəziristan puştun qəbiləsindən olan komandir Məsudi Beytulla Məhsud oldu.

2009-cu ilin fevralında taliblər 30 pakistan polisini və Svat vadisində qulluq edən hərbçiləri əsir aldılar. Onlar Pakistan hökümətinə Svat vadisində şəriət qanunlarının rəsmi olaraq tətbiq olunması barədə tələblərini irəli sürdülər və hökümət məcburən bu tələblərlə razılaşdı. Bundan qısa bir zaman sonra taliblər Buner vilayəti üzərində nəzarəti ələ aldılar.

2009-cu ilin avqustunda Pakistan taliblərinin lideri Məsudi Beytulla Məhsud öldürüldü. ABŞ-ın MKİ-nin və Rəsmi İslamabadın məlumatlarına əsasən, onun varisi Hakimulla Məhsud 2011-ci ilin fevralın əvvəlində amerikan qırıcısı hücumu nəticəsində öldürülmüşdü, ancaq 2011-ci il aprelin sonunda bu məlumat Pakistan kəşfiyyatı icması tərəfindən təkzib edildi.

Son məlumatlara görə, Hakimulla Məhsud 1 noyabr 2013-cü ildə məhv edilib.
Komandir Harun Abu Məhəmmədin məlumatlarına görə, 2014-cü il üçün Taliban faktiki olaraq Əfqanıstan ərazisinin 70 %-ə yaxın hissəsini, həmçinin Gilmənd, Kandaqar, Paktiya, Uruzqan, Nuristan, Kunar, Badaxşan, Zabul, Qazni və s əyalətləri nəzarəti altında saxlayır. NATO koalisiyalarının pozisiyaları Kabil və Məzər-Şərif rayonlarında hələ də güclü olaraq qalır.

31 may 2014-cü ildə Taliban Pakistanda olan Boui Berqdali adlı sonuncu amerikan əsirini Quantanamo türməsində olan, əmiratda yüksək rütbələrə malik 5 dustaqla dəyişdi. Bu dəyişmə dünyada birmənalı qarşılanmadı. Bir neçə gündən sonra məlumatlar yayıldı ki, Berqdau islam dinini qəbul etmiş və onun təhvil verilməsinin videosu rus dilində tərcümə ilə təqdim olundu.

AFR-in təhlükəsizlik nazirliyinin keçmiş parlamentar ştab-katibi Andreas Fon Byulov 13 yanvar 2002-ci il tarixli “Taqesşpiqel” alman qəzetində verdiyi müsahibəsində bəyan edir ki, Taliban hərəkatı ABŞ-ın MKİ-nin yardımı ilə yaradılıb: “ABŞ-ın həlledici xüsusi xidmətlərinin dəstəyi ilə 30 minə yaxın müsəlman döyüşçüsü, həmçinin öz ideya və ölkəsini indiyənədək qorumağa hazır olan fanatiklər qrupu Əfqanıstan və Pakistanda təlim almışlar. Bunlardan biri də Usame Bin Ladendir. Mən hələ bir neçə il bundan əvvəl yazırdım ki, MKİ-nin bax bu törəməsindən Əfqanıstanda Taliban yetişdi və onu amerikanların və səudiyyə ərəblərinin maliyyələşdirdiyi məktəblərdə Quran əsasında hazırladılar.

İdeologiya

Taliban nəzarətində saxladığı ərazilərdə yerinə yetirilməsi sərt şəkildə nəzarətdə saxlanan, şəriət normalarını tətbiq edir. Televiziya, musiqi və musiqi alətləri, incəsənət, alkoqol, şahmat, ağ ayaqqabı (ağ rəng – taliban hərəkatının bayrağıdır), açıq formada seks və bu kimi mövzular danışmaq qadağandır. Kişilərə müəyyən uzunluqda saqqal saxlamaq lazımdır. Qadınlara işləmək, kişi cinsi tərəfindən həkim müayinəsindən keçmək, ictimai yerlərdə həyat yoldaşı və ya kişi cinsindən olan qohumsuz görünmək qadağandır. Bütün bunlar qadınların təhsil ocaqlarında rolunu hiss ediləcək dərəcədə azaldıb.

26 fevral 2001-ci ildə Molla Ömər ölkədə olan qeyri-islam abidələrinin dağıdılması barədə dekret verdi. Dekreti həyata keçirərkən, həmin ilin martında talibanlar Buddanı canlandıran, III və VI əsrlərə aid ən böyük buddist abidəsini məhv etmişlər və bu dünya ictimaiyyətinin qınağına səbəb olub.

Taliban qadınların təhsil almasının qadağan olunması tərəfdarı kimi çıxış edirlər. Hücum obyektləri bir çox hallarda qadınların oxuduğu qərb yönümlü məktəblərə olur. Yalnız 2008-ci ildə Pakistanın şimal-qərb regionunda talibanlar tərəfindən 150 qadın məktəbi məhv edilib.

Sərvər Şirin


Müəllif: