Google-un Android proqramları üçün olan Play Store tətbiqində "porno" virusu yayılıb.
Teleqraf.com xəbər verir ki, virusun yayılması istifadəçilərin normal proqramı yükləməsi zamanı baş verir. Proqram yükləndikdən sonra işə düşən virus porno saytlara girərək reklam linklərinə klikləyir.
Bu yolla porno saytlarına reklam vasitəsi ilə pul qazandırır.
ESET-in verdiyi məlumata görə, hazırda virus reklam linklərinə klikləməkdən başqa bir zəzəri aşkarlanmayıb.
Google-dən isə mövzu ilə bağlı rəsmi açıqlama gəlməyib.
Ramal