Moskvada polis metroda özünü partlatmaq istəyən qadını saxlayıb.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva şəhərinin polis əməkdaşları "Oktyabrskoe pole" metrostansiyası yaxınlığında özünü partlatmaq istəyən qadını saxlayıb. O, bombanı partladacağını deyib. Qadının əlində isə kəsilmiş uşaq başı olub.
İlkin ehtimala görə, dayə işləyən baxıcı qadın 4 yaşlı Nastyanı öldürüb, sonra isə evi yandırıb. Bunun ardınca o, yaxınlığdakı metrostansiyaya gedib.
Şübhəli görünən qadından polis sənədlərini təqdim etməsini istəyib. Əvəzində isə o, çantasından uşağın başını çıxarıb. Qadın uşağı öldürdüyünü , özünü isə partladacağını deyib.
Qeyd edək ki, yanan evdə cəsədin olması təsdiqlənib.
Polis qadını həbs edib. Faktla bağlı araşdırma aparılır.
Teleqraf.com hadisə yerindən görüntüləri təqdim edir:
Ramal