Tatarıstanın Nijnekamsk şəhərinin polisi küçədə azyaşlı qızı vəhşicəsinə döyən cinayətkarı axtarır.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, azyaşlıya gücünü göstərən canı qızcığazın rəfiqələri ilə birgə küçədə ucadan mahnı oxmasından qıcıqlanıb. Onları təhqir edən şəxs 12 yaşlı məktəblini cəzalandırıb.
Xəbərə görə, insident zamanı idman məktəbinin yetirməsi olan qız ciddi xəsarət alıb. Günorta saat 3 radələrində baş verən olayı azyaşlı belə nəql edib: “Küçədə ucadan mahnı oxumağımız kişinin xoşuna gəlmədi”.
Həkimlər məktəblinin bədənində gematoma və əzik izləri aşkarlayıb. Zərərçəkən onu döyən şəxsin 50-60 yaşlarında, orta çəkidə, gümüşü saçlı və yaşıl gözlü olduğunu deyib. O, boz gödəkçə, tünd rəngli şalvar və qara çəkmə geyinibmiş.
Azyaşlının döyülməsinə dair videogörüntü İnstaqram sosial şəbəkəsində də yerləşdirilib. Görüntünü internetə “TNT-Efir”in əməkdaşı Artem Demidovun yerləşdirdiyi məlum olub. Amma az sonra həmin akkaunt silinib. Hazirda ölkə polisi insidentlə bağlı araşdırma aparır.
Nihad