Üzdə xoşagəlməz qara nöqtələr qadınların çoxlarına tanış problemdir. Dəri tipi və yaşdan asılı olmayaraq yaranan bu problemin səbəbi çirklənmiş hava, qeyri-düzgün qidalanma və makiyaj dəridən yaxşı təmizlənmədikdə məsamələrin dolması nəticəsində yaranır.
Publika.az-ın gözəllik bölməsi bu yazıda qara nöqtələri təmizləyən effektli maska reseptini təqdim edib.
Bu ucuz vasitələr dəriyə yumşaq pilinq təsiri göstərir və onun sayəsində dəri məsamələri tamamilə təmizlənir. Dəriniz qurudursa, pilinqdən sonra mütləq nəmləndirici krem çəkin.
Lazım olan inqrediyentlər:
2 xörək qaşığı diş məcunu
1 xörək qaşığı duz
3 buz qəlibi
Hazırlanması:
Bütün inqrediyentləri qarışdırıb problemli dəriyə yeridin və yüngül hərəkətlərlə masaj edin. Duz ölü hüceyrələri təmizləməyə kömək edəcək, diş pastası isə məsamələri təmizləyəcək.
Üzü kağız salfetlərlə qurudun və buz kubiklərlə yaxşıca təmizləyin. Buz məsamələri daraldıb dərini tonusda saxlayacaq. Bu maskanı həftədə 1 dəfə etmək kifayətdir.