19 Mart 2016 08:16
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yokohama Universitetində çalışan yaponiyalı tədqiqatçılardan ibarət qrup insanın qaraciyər funksiyalarını yerinə yetirən bir neçə millimetr ölçüsündə mini-qaraciyər yaradıblar.

Mütəxəssislər induksiya olunmuş gövdə hüceyrələrindən istifadə etməklə mini-ciyər yetişdiriblər.

“ICTnews” Elektron Xəbər Xidməti “itar-tass.com” saytına istinadən yazır ki, tədqiqat qrupunun rəhbəri Hideki Taniqutinin sözlərinə görə, yetişdirilmiş mini-qaraciyər zərərli maddələri əsl insan qaraciyəri kimi effektiv emal edir. Həmçinin qan üçün lazımi zülalları ifraz edir.

Tədqiqatçılar komandası 2019-cu ildən etibarən mini-qaraciyərin kliniki sınaqlarına başlamağı planlaşdırır. Onlar qaraciyər xəstəliyindən əziyyət çəkən insanlara belə mini-orqanları transplantasiya etməyi düşünürlər.


Müəllif:

Oxşar xəbərlər