Rusiya Federasiyasının Tatarıstan Respublikasında 48 yaşlı Ermənistan vətəndaşı E.Saqiyan həbs edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Saqiyan 150 azyaşlıya təcavüz etməkdə günahlandırılır. Məlumatı Tatarıstan İstintaq komitəsi təsdiq edib.
Bildirilib ki, təcavüzkarın hədəfində uğursuz ailələrin 14-18 yaşlı qızları olub: "Pedofil qızları bir neçə gün öz evində saxlayır, onlara təcavüz edirmiş. İddialara görə, Saqiyan qızlarla Naberejnı Çelnı şəhərində tanış olurdu və onaları pul müqabilində evini yığışdırmağı, yaxud da onun yanında qalmağı təklif edirdi. O, qızları zorla evində saxlayır və azyaşlılarla cinsi əlaqədə olurdu. Qızlara verdiyi işgəncə bununla bitmirdi. Daha sonra o, həmin qızları yenidən tapır, məcburi evinə aparır və yenidən zorlayırdı".
Cinayət hadisəsinin üstünü isə 15 yaşlı qız açıb. Saqiyan onu da digər qızlar kimi evinə aparıb və zorlayıb. Bir neçə gün sonra qız şkafda ehtiyat açarları tapır və polisə gedir.
Polis bölməsinə aparılan Saqiyan əməllərini etiraf edib. Onun yaxın günlərdə məhkəmə qarşısına çıxarılması gözlənilir.
Elvin